Xidmətlət

Dişlərin estetik bərpası        

Estetik stomatologiya pasiyentlərə ideal gülüş bəxş edən bir sahədir.Bu bölmə kompozit (işıq ilə bərkiyən) plomblar ,laminad vinirlər, zirkon qapaqlar, keramik qapaqlar və  alternativ  bərpa elementlərini (inlay overlay və onlay ) əhatə edir. Estetik plomblar  ənənəvi  materiallardan  fərqli olaraq rəng , forma və pasiyentin gülüşünə uyğun  olaraq seçilir. Laboratoriyamızın ən son CAD/CAM  texnologiyası  bizə ən keyfiyyətli  və pasiyentlərimizin  istəyinə uyğun olan konstruksiyaları  düzəltməyə dəstək olur.Bugünki stomatologiyada  qapaqların  ən çox istifadə olunan zirkon və Press keramika  növləri  yüksək zövqlü  insanların  istəyinə  tam cavab verir.Ən çox məhşur olan  vinirlər  mütəxəssislərimiz  tərəfindən uğurlu bir şəkildə pasiyentlərimizə  təqdim olunur.İlk öncə pasiyentin  istəyi  nəzərə alınacaq ,gələcək müvəqqəti forması təqdim olunur.Təqdim olunan forma  bəyənildikdən sonra əsas işləmə keçirilir.Vinirlər dişlərin  minimum yonulmaqla üzərinə xüsusi dizaynla  davamlı və estetik konstruksiyanın  yerləşdirilməsinə imkan yaradır. Özünüzdən tam əmin bir halda gülümsəyə bilməniz üçün həkimlərimiz əlindən gələni etməkdədir!

 

Paradont xəstəliklərinin müalicəsi    

Paradontologiya-diş əti xəstəliklərinin  müalicəsini əhatə edir.Bura ağız boşluğunda paradontit (iltihablı diş əti və alveo xəstəliyi )  gingivit paradontoz (iltihabsız  alveo sümüyünün rezorbsiyası ) müalicəsi daxildir. Ən birinci ağız boşluğunun  gigiyenik təmizlənməsinə önəm verilir, çünki  diş əti xəstəlikləri  müəyyən bakteriyaların  gətirib çıxardıqları  infeksiya  xəstəlikləridir. Diş həkimləri diş ətlərinin  ümumi  görünüşündən şübhələndikləri  zaman periodontal  zona adı verilən  bir alət ilə  diş ilə  diş əti  arasidaki  diş əti cibinin  boyunu ölçürlər. Dişlərin ətrafındakı   sümük toxumasını  qiymətləndirmək  üçün  rentgen  şəkillər alına  bilər. Ən çox  şikayətlərdən  olan damaqların  qanaması və pis qoxu  pasiyentlərimizi  diş  həkiminə müraciət etməyə vadər edir. Plasma prf üsulu  ilə qandan alınmış trombositlərlə zəngin olan  plazmanızı  damaqlara vuraraq  və  küretaj  edərək   bu şikayətlərdən  azad ola bilərsiniz, çünki  dişin sağlamlığı  onun ətrafındakı  ətin sağlamlığından asılıdır.

 

Sterilizasiya   

Dünya  protokoluna uyğun olan sterilizasiya  SNN Medical  klinikasının gündəlik iş rejimində ciddi və dəqiqliklə  riayət olunan ən vacib aspkeslərdən biridir . Sterilizasiyanın  təmin olunması üçün  xidmət personalı  xüsusi vasitə  və avadanlıqlar  dəstindən  istifadə edir.Bu vasitələr  tibb müəssisələrində  istifadə  olunmaq üçün  yaradılmışdır və insanların sağlamlığı üçün  tam təhlükəsizdir.    Sterilzasiyaya daxildir    -Stomatoloji alətlərin sterilzasiyası –yüksək temperaturun təsiri  nəticəsində  insandan  insana yoluxmaq potensialı  təhlükəli  bakteriyalar viruslar  və digər  mikroorqanizmlər  məhv olurlar. –Müalicə  kabinetlərinin  yüksək ansbakterial  təsiri olan  xüsusi mayelərdən  işlənməsi -Pasiyentlərin gözləmə yerlərinin  və ümumi  təyinatlə yerlərin  sterilzasiyası  Hər bir insanın  sağlamlığı  onun ən vacib  dəyəridir. Onu qoruyub və saxlamaq üçün  SNN medical həkimləri  və işçiləri  sizə köməklik  göstərmək üçün  günbəgün çalışır!

 

Uşaq stomatologiyası        

Rahat ab-hava  gülər üzlü həkimlərimiz  balaca  pasiyentlərimiz üçün qorxusuz  diş mülicəsi  təklif edir !Adətən  uşaqlarda ən kiçik yaşlarından başlayaraq,  diş həkimlərinə  qarşı qorxu  hissi əmələ glməyə  başlayır. Ağrı və xoşa gəlməz hisslər gözləməsi  həm uşaqları  həm  də onların valideynlərini həyəcanlandırmağa  məcbur  edir.  Amma  “SNN medical “ sizin balalarınıza  tam fərqli bir müalicə  növü  təklif edir. –İxtisaslı  həkimlərimiz  uşaqlarnan  ilk gündən  ünsiyyət qurmağa başlayır . Birinci müayinədə hər hansı tibbi xarakterli  hərəkər istisna edilir. Stomatoloqla  ilk ünsiyyət   uşağın  yaddaşında  yalnız maraqlı bir oyun şəklində qalır.

–Ən son  stomatoloji  avadanlıqlar həkimlərimizə uşaqların dişlərini tez və ağrısız müalicə etməyinə imkan yaradır.Balacalara fərdi yanaşma və mehriban davranış  onlarda    stomatologiyaya qarşı sevgi yaradır!

Ortopediya ( neylon ve bügel protezler)  

Bəzən olur ki, hər hansi bir səbəbdən pasiyenterimizə  protez təklif etməyə qərar veririk. Protezlə  xəstənin itən funksiyalariını qazandırılmağa, eyni zamanda pozulan danışığın  da düzəldilməsi və estetik görünüşün  də daha yaxşı olmasi məqsəd qoyulmaqdadır. Protezlər sabit və hərəkətli olurlar. Sabit  protezlər qapaq  körpü  və ya implantlar üzərində yerləşirlər. Amma hərəkətli protezlər heç diş, olmayan ağızlara tətbiq olunmaqdadır və irəli yaşlarda istifadə edilir. Qismən dişsiz ağızlara isə hissəvi protezlər tətbiq olunmaqdadır.Ən son  elastik metalarından istifadə eləyən diş texnikimiz hər bir işdə çalışır ki, pasiyentimiz protezə adaptasiya  dönəmini maksimal rahatlaşdırsın . Protezinizin olmasi ağız gigiyenasına  və baxımınıza daha az diqqet yetirəcəyiniz menasını verməz. Əksinə diş həkiminizə  nizamlı olaraq getməniz protezlərinizin ömrünü artıracaq ve ağız sağlamlığınızı qoruyacaq.

 Odənişsiz müayine

Her zaman sizi düşünən “ SNN Medical “kilinikası pasiyentərin istəklərini ön plana qoyur və müayinəni ödənişsiz aparmağa qerar verib. Əhali arasinda diş problemlərini minimuma salmaq meqsədi ilə hamını ödənişsiz müayinədən  yararlanmağa dəvət edir. Müayine zamani mütəxəssizlərin sizə hər bir məlumatı  və müalicə planını verməyə çalışacağdır.

Kosmetologiya

“SNN Medical” kilinikasının kosmetolojı bölməsi gözəlliyi sənətə, arsularınızı isə realliğa çevirməyə çalışır.Hər birimiz zaman zaman xarici görünuşümüzdə hər hansı bir qüsur tapırıq. Zaman keçdikcə daha çox nəzərə çarpan ilk qırışlara,dəyişmiş üz konturlarına və yaşla əlaqəli dəyişikliklərlə əlaqəli digər qüsurlara daha çox diqqet yetiririk.  Bu cür problemlər müasir kosmetologiya ilə asanliqla həll olunur.

Xidmətlərimiz:       

-Botulinoterapiya (Botoks)

-Dolğular  ilə  üzün kontur plastikası

-Plazma və plasentar terapiyalar

-Mikronilding

-Biorevitalizasiya

-Lazer ilə tatu və ləkələrin silinməsi

-Karbon, almaz və kimyəvi pilinqlər

-Aparat kosmetologiyası

-Trendlifting (saplar ilə dərinin lifinqi)

-Üzün ultrasəs təmizlənməsi

 

CAD/CAM laboratoriya

İinkişaf-daimə dəyişmək və yenilənmək deməkdir. Stomatoloji klinikada diş texnikinin və onun laboratoriyasının əhəmiyyəti çoxdur! “SNN Medical” Klinikasında hər bir texnikinin təcrübəsi işə fədakarlığı və sənət  bacarığı bizə pasiyentlərimizə  ən yüksək nəticələr təqdim etməyə imkan yaradır. Ən son standartlara cavab verən CAD/CAM laboratoriyası isə texniklərimizə bu imkamlardan istifadə etməkdə köməklik görsədir. Cəmi bir neçə saat ərzində istənilən  konstruksiyanı pasiyentlərimizə təqdim etmək imkanımız olduğunnan pasiyentlərimizin hər bir istəyini həyata keçirə bilirik. Yüksək keyfiyyətli materialların tədbiq edilməsi nəticəsində obyektiv olaraq “SNN Medical” estetik stomatologiyanın birincilərindən sayılmaqdadır. Xüsusi şəkildə insan əli dəymədən CAD/CAM texnologiyası ilə hazırlanan Zirkon (ZrO) və yüksək təzyiq altında hazırlanan Emax press (LS2) keramika qapaqlar və vinirlər rəng və estetik baxımdan pasiyentlərin zövqünə tamamilə uyğun gəlir. Bu qapaqlar şəffaf olub diş ətində rəng dəyişmə effekti vermir. Gözəl gülüş əldə etmək üçün həkim ilə texnikin komanda şəklində işləməyi uğurlu nəticə əldə etmək üçün ən vacib şərtlərdən biridir.

 

Kompyuter diaqnostikası və 3D ProFace, vizual rentgen

Klinikamızın peşəkar həkimləri müalicə zamanı və əvvəl mütləq şəkildə rentgennən istifadə edirlər. İşlərini qüsursuz və dəqiq şəkildə görməkləri üçün klinikamızda ən son texnologiyalar və programlar mövcuddur: Vizual rentgen, 2D panoram çəkiliş (ortopantomoqrafiya) və s. Diaqnostikanın maksimal dəqiqliyi 3D-tomografiyasından istifadə hesabına əldə edilir. Bu metodun effektivliyi, onun çox yüksək dəqiqliyi üzərində bərqərar olmuşdur. Klinikamızda mövcud olan son model Planmeca ProFace  3D tomoqrafiya tamamilə  təhlükəsizdir və həkimə pasiyentin bir neçə çəkilişini eyni zamanda təsvir eləməyə imkan yaradır. Müasir stomatologiyida yalnız bu metod dişlərin bərk toxumalarında, diş kökü kanallarında, çənə sümüyündə gedən iltihab prosesi zamanı, sümüyün vəziyyətini və dəqiq diaqnostikasını təmin etməyə qadirdir. Bunnan əlavə həmin tomoqrafiyanın köməyi ilə Smile Design proqramı ilə biz pasiyentlərimizə gələcək dişlərin formasını, rəngini göstərmək imkanı əldə edirik. Cərrahi şablonı qabaqcadan düzəldərək isə kəsiksiz implant yerləşdirmək şansı əldə edirik, çünki inkişaf istəkdən başlayır.

 

Endodontiya

 

Stomatologiyanın ən mürəkkəb sahələrindən biri sayılan, endodontiya bizim kilinikamızda inkişafdan qalmır. Düzgün  təyin edilmiş diaqnozdan və aparılmış müalicədən həm dişin  həm də bütün  ağız  boşluğunun  sonraki sağlıq durumu aslı olur. Kilinikanin endodont həkimləri zaman zaman xarici ölkələrdəki seminarlarda öz biliklərini daimi zənginləşdirilər. Diaqnostika və müalicə zamanı ən son və müasir avadanlıqların istifadə olunması isə diş kanallarının keyfiyyətli işlənməsinə və plomblanmasına imkan yaradır.Bütün  müalicə prosesi tamamilə ağrısız gedir. “Apex locator” aparatı isə bizə tam dəqiq kanalların uzunluğunu və dərinliyini təyin etməyə şərait yaradır. Profesional yanaşma həkimlərin həyacanını aradan qaldıraraq onlara keyfiyyətli işin zəmanətini verməyə icazə verir.

 

Cerrahiyyə – ambulator

 

Ağız çənə və üz bölgələrindəki yumşaq və sərt toxunmaların xəstəliklərinin cərrahi müalicəsinin həyata keçiren SNN Medical, sizə tam rahat və komfortlu ab-hava təklif etməkdədir.Bura apikal rezeksiya, kista, ağıl dişlərinin cərrahiyəsi  sinus lifting, xoş xassəli şişlərin cərrahiyəsi aiddir.Kilinikamızda bəzi cərrahi prosedurlara qorxusu olan pasiyentlərimiz üçün sedasiya mövcudur. Sedasiya- ümumi anesteziyanın bir növü olub, lakin xəstənin şüuru açıq, hər bir reaksiyaya cavab verə biləcək şəkildə qorxusuz bir növüdürş Sedasiya zamanı xəstənin təzyiqi və nəbzi monitorla izlənir və xəstə heç bir ağri hiss etmir və qorxmur. Bu həm uşaqlarda eyni zamanda böyüklərdə tətbiq ediləcək bir yöntəmdir. “SNN Medical” rahatlığınızı düşünərək sizə ailə qayğısı göstərməyə çalışır.

 

İMPLANTOLOGİYA

 

SNN Medical klinikası öz pasiyentlərinə implantalogiyanın ən yeni kəşflərini təklif edir.

Təbəssümünüzün harmonik olmağı üçün implantalogiya diş sırasını bərpa etməkdə köməklik edir.Müasir və yüksək keyfiyyətə malik olan materiallarının tətbiqi isə implantlarin uzun ömürlü olmasına zəmanət verir.Klinikamızın cərrah-həkimləri yeni texnologiyalardan və metodlardan istifadə etməklə maksimal dəqiqlik əldə edirlər.İmplantlarin uzunömürlü olmasi isə onlarin yüksək keyfiyyəti ilə əlaqədardir 3D-kompüter tomoqrafiya vasitəsilə müayinə zamanı hər hansi bir təhrif istisna olunur.Aparatdan istifadə olunarkən pasiyentin qəbul etdiyi minimal şüalanma isə ona ildə 15 dəfə tomoqrafiyadan keçməyə imkan verir “SNN Medical”stomatoloji klinikası aparıcı Avropa istehsalçılarının implant məhsullarının və yüksək texnalogiyalarının “implantologiya” istiqamətini dima inkişaf etdirir.

ORTODONTİYA

 

Ağiz boşluğunda yaxşı görünməyən əyri dişlər çox zaman nəinki yalnız psixoloji komplekslərə səbəb ola bilir,hətta ağız boşluğunda ciddi xəstəlikləridə gətirib çıxarır.Bizim mütəxəssizlərimiz diş, çənə və üzdəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olurlar.Dişlərin əyriliklərinin düzəldilməsi ilə əhəmiyyətli bir estetik görüntü təmin etməklə yanaşı,ağız və diş sağlamlığnada xeyli müsbət təsir göstərməkdədir.Klinikamızın həkimlərinin istifadə etdiyi ən yaxşı müasir ortodontik instrumentlər və materialları bizə ən yüksək nəticiləri əldə etməkdə köməklik edir.Ən son tələbələrə cavab verən breketlər və şəffaf kappalar (Invisiling) sistemi ilə işləyən professionallar sizə gözəl və sağlam təbəssüm əldə etməyə köməklik göstəricisidir!

 

ZOOM

 

Qüsursuz ağ dişlərlə gülümsəmək hər bir insanın arzusudur və belə ağliq “SNN Medical” klinikasının hər bir pasiyenti üçün əldə edilə bilər. Ən müasir ağartma üsullarını tətbiq edərək,pasiyentlərimizin təbəssümünün gözələşdirməkdən həzz aliriq.Dişlərin ağardilmasının effektiv və ağrisiz prossedurunu həm klinikamızda həmdə öz evinizdə aparmaq mümkündür.Klinikamizda ən yeni və müasir Philips zoom stomatoloji sisteminin köməyi ilə cəmi 1saat ərzində diş mina qatı üçün təhlükəsiz olan turşusuz gel ilə dişlərə lazımı səviyyəyə qədər (4-8 rəng tonu) ağardılır. Ev şəraitində isə pasientlərimiz klinikamızda hazırlanan və ağardıcı gellə doldurulmuş xüsusi kappa gəzdirərək dişlərin ağlığını stabil saxlıya bilərlər.

Professional gigiyenik təmizlənməsi (Air flow)

 

Ağız boşluğunun gigiyenası çoxdanan bəri insan mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.Ağız boşluğunun mütamadi təmiz saxlanması diş sağlamığını qonmağa kömək edir.Bu səbəbdən ağız xəstəliklərinə diş rənginin dəyişməsinə və ağız qoxusuna qarşı ideal bir qorumadır və bu prosedura aşağıdakı mərhələlər aiddir.

1)Ultrasəs ilə calışan skeler vasitəsi ilə diş daşlarının təmizlənməsi.

2)Ən sonuncu alman istehsalı olan KAVO aparatı ilə dişlərin təbii ağardılması.Air-flow texnikası ilə çalışa apparatın köməyi ilə mina qatının üzərində yerləşən ərplər,piqmentasiyalar(çay,kofe,nikotin) təmizlənir.

3)Xüsusi pasalar ilə dişlərin səthlərinin cilalanması.

4)Dişlərin üzərinə həssaslığa qarşı gelin çəkilməsi və remineralışdırıcı ftor-lak ilə dişlərin örtülməsi.Müalicə prosesi zamanı ən yeni avadnlıq tətbiq edildiyindən bütün həkim manipulasiyalar tam ağrısız,lakin yüksək effektivliyi ilə xarakterizə olunur.Ağız boşluğunun sağlamlığını qoruyub saxlamaq yarım ildə bir dəfə izim klinkamıza müraciət etmək kifayət edir.